Çexiya və Danimarka Ukraynaya ağır hərbi texnika verəcək

A- A A+

Çexiya və Danimarka gələcək aylarda Ukraynaya ağır hərbi texnikanın və döyüş sursatlarının tədarükünü həyata keçirəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kiyevə təqdim ediləcək hərbi yardım paketinə Danimarka büdcəsindən maliyyələşən və Çexiyada istehsal olunan tanklar, piyadaların döyüş maşınları, atıcı silahlar və sursatlar daxildir.

Xatırladaq ki, oktyabrın 11-də Danimarkanın müdafiə naziri Troels Lund Poulsen gələn ilin yazında Kopenhagenin Kiyevə ilk F-16 təyyarələrini göndərə biləcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: