ABŞ-nin Dövlət katibi Antoni Blinken İordaniyanın paytaxtı Əmmana səfər edib.
NUHÇIXAN “The Jerusalem Post”a istinadla xəbər verir ki, A.Blinkenin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İordaniya Kralı II Abdullah ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ-nin Dövlət katibi İordaniyaya səfərindən sonra Qətərə gedəcək və orada yüksək səviyyəli rəsmilərlə görüşəcək.