Son 30 ildə dünyada baş verən təbii fəlakətlər 3,8 trilyon dollarlıq kənd təsərrüfatı məhsulunun itkisinə səbəb olub ki, bu da ildə 123 milyard dollar və ya aqrar sektorda ümumdaxili məhsulun 5 faizini təşkil edir.
NUHÇIXAN xəbər verir ki, bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dərc etdiyi “Təbii fəlakətlərin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri” adlı hesabatında yer alıb.
Ekspertlərin hesablamalarına görə, təbii fəlakətlərin 30 il ərzində kənd təsərrüfatına vurduğu zərər 2022-ci ildə Braziliyanın ümumdaxili məhsuluna bərabər olub.
Sənədə əsasən, kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi, həmçinin iqlim dəyişikliyi, pandemiya, epidemiya və silahlı münaqişələrdən də zərər çəkir. Bunu Somali, Suriya və Ukraynada daha aşkar görmək olar. Hər bir ekstremal hadisə orta hesabla 69 milyon ton taxılın, 40 milyon ton meyvə-tərəvəzin, 16 milyon ton ət və südün məhv olması ilə nəticələnir.