HƏMAS Qəzza zolağından İsrailin şimalına uzaqmənzilli raketlərlə hücum edir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi deyib.
“Sözün əsl mənasında, bayaq ölkənin şimalına Qəzza zolağından raketlər atılıb. Yəni uzaqmənzilli raketlər. Xoşbəxtlikdən, biz onları vura bilirik”, - diplomat bildirib.
“Hansı ölkə bu qədər vətəndaşın öldürüldüyü, 5-6 min raketin atıldığı bir vaxtda hərəkətsiz qalar. Bizim dövlət olaraq məsuliyyətimiz əhalimizi qorumaqdır. Biz bunu edəcəyik”, – səfir qeyd edib.