Qazaxıstanın paytaxtı Astanada oktybarın 24-26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ÜST və BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 22-23-də Astanada "İlkin Səhiyyə Xidməti" üzrə qlobal konfrans da təşkil edəcək.
Tədbirlərdə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus, UNICEF-in icraçı direktoru Ketrin Rassel və ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge iştirak edəcək.