Yaponiya dövlət müəssisələrində “Huawei” və “ZTE” şirkətlərinin məhsullarından istifadəni qadağan etmək niyyətindədir
Yaponiyanın hökumət orqanları Çin xüsusi xidmət orqanlarının casusluq etməsindən ehtiyat edərək dövlət müəssisələrində “Huawei Technologies” və “ZTE” şirkətlərinin telekommunikasiya avadanlığından istifadəni qadağan etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə dekabrın 7-də yapon kütləvi-informasiya vasitələri məlumat yayıblar.
ABŞ administrasiyası bu ərəfədə müttəfiq ölkələrin simsiz rabitə və internet provayderlərini “Huawei” şirkətinin avadanlığından imtina etməyə çağırıb. “Wall Street Journal” nəşrinin yazdığına görə, Vaşinqton həmin şirkəti gizli casusluqda ittiham edir. ABŞ xüsusilə provayderləri “Huawei” şirkətinin məhsullarından geniş istifadə edən Almaniya, İtaliya və Yaponiyadakı bazarlarından narahatlığını bildirir.
Yaponiya dövlət müəssisələrində “Huawei” və “ZTE” şirkətlərinin məhsullarından istifadənin qadağan edilməsini dekabrın 10-da müzakirə etməyi planlaşdırır. Kyodo agentliyinin etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Pekin ilə münasibətləri korlamaq istəməyən Tokio həmin şirkətlərin adını açıq şəkildə bildirmir.