Yelisey sarayı Yaxın Şərqdə başlayan hərbi əməliyyatlar fonunda baş verə biləcək təhdidlərlə bağlı “Sentinelle” antiterror əməliyyatına 7 min hərbçi cəlb edəcək.
NUHÇIXAN “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, bu barədə qərar Arras şəhərində bıçaqla silahlanmış şəxsin müəllimi öldürməsi və bir neçə nəfəri yaralaması ilə nəticələnmiş hadisədən bir gün sonra qəbul olunub.
Yaxın Şərqdə baş verən hadisələrin nəticələrindən ehtiyatlanan Paris oktyabrın 13-də antiterror hazırlığı planının yüksək mərhələsini - “hücumlara fövqəladə hazırlıq” rejimi elan edib.
Arras hadisəsindən sonra sağçılar ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqini, ifrat sağçılar isə daxili işlər naziri Jerald Darmanenin istefasını istəyir.