Türkiyədə son dörd ayda 112 mindən çox qanunsuz miqrant saxlanılıb

A- A A+

Son dörd ay ərzində Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz miqrasiyaya qarşı 2397 əməliyyat keçirilib. Bu əməliyyatların gedişində 3975 şübhəli saxlanılıb ki, onlardan 1225-i həbs edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, keçirilən əməliyyatlar nəticəsində 112 min 404 qanunsuz miqrant saxlanılıb. Onlardan 48 min 339-u deportasiya edilib, digərlərinin də ölkədən çıxarılması istiqamətində iş aparılır. Bununla yanaşı, İstanbulda həyata keçirilən gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində vizasının və ölkədə müvəqqəti yaşayış icazəsinin vaxtı bitmiş 120 min 531 nəfərin ölkə ərazisini tərk etdiyi müəyyən olunub.

Son dörd ayda qanunsuz yollarla Türkiyəyə daxil olmaq istəyən 80 min 946 nəfərin bu cəhdinin qarşısı alınıb.

Türkiyədə qanunsuz miqrasiya ilə mübarizə tədbirləri davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: