Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göndərdiyi humanitar yardım Misir vasitəsilə bu gün Qəzza zolağına çatdırıla bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, tibbi ləvazimatların olduğu ÜST təyyarəsi oktyabrın 14-də Rəfah bölgəsinə çatıb: “Biz bu gün onları Qəzzaya çatdırmaq üçün tərəfdaşlarla işləyirik”.