ABŞ Prezidenti sabah İsrailə səfər edəcək

A- A A+

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Xatırladaq ki, B.Netenyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: