ABŞ lideri Qəzzadakı xəstəxanaya hücumla bağlı köməkçilərinə tapşırıq verib

A- A A+

ABŞ Prezidenti Cozef Bayden köməkçilərinə Qəzza zolağında xəstəxanaya edilən hücumun şərtlərini müəyyən etmək üçün məlumat toplamaq göstərişi verib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Baydenin Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar birmənalı olaraq münaqişədə mülki şəxslərin müdafiəsini dəstəkləyir:

“Xəstəxanada baş verən partlayış məni dərindən kədərləndirib. Bundan xəbər tutandan dərhal sonra mən İordaniya kralı II Abdullah və İsrailin baş naziri Benyamin Netanyahu ilə danışdım və milli təhlükəsizlik komandama baş verənlərlə bağlı məlumat toplamaqda davam etməyi tapşırdım”.

Qeyd edək ki, Qəzza zolağında xəstəxanaya endirilən hava zərbəsi nəticəsində 800 nəfər həlak olub. İsrail Müdafiə Nazirliyi bildirib ki, Qəzzada xəstəxananın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: