“MI5” Britaniyada terror aktları olacağı barədə xəbərdarlıq edib

A- A A+

Kəşfiyyat xidmətləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin Böyük Britaniyada terror aktlarına səbəb ola biləcəyini etiraf edib.

NUHÇIXAN-ın məlumatına görə, bunu “Sky News”a müsahibəsində Britaniyanın “MI5” əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.

“Təəssüf ki, karyeram boyu Yaxın Şərqdəki hadisələr tez-tez Avropa və Böyük Britaniyaya təsir edib. Mənim komandam Yaxın Şərqdəki hadisələrin Böyük Britaniyadakı bəzi insanları hansısa hücuma cəhd etməyə sövq edəcəyi ehtimalına tamamilə hazırdır”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: