Misir Süveyş kanalında ödənişlərin həcmini artıracaq

A- A A+

Gələn il Süveyş kanalında xam neft, mayeləşdirilmiş təbii qaz nəqlinə, o cümlədən şəxsi yaxta və qayıqlara, konteyner gəmilərinə, avtomobil daşıyıcıları və sərnişin gəmilərinə 15 faiz artım nəzərdə tutulur.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, quru yük, ümumi yük, ro-ro gəmiləri və digər gəmilər üçün rüsumlar 5 faiz artırılacaq. Bundan başqa, Şimal-Qərbi Avropa limanlarından birbaşa gələn və birbaşa uzaq şərq limanlarına gedən konteyner gəmiləri üçün ödənişlər 5 faiz bahalaşacaq.

Süveyş Kanalı İdarəsinin verdiyi məlumata görə, ümumi gəlirin 2023-cü ilin sonuna qədər 10,3 milyard dollara yüksəlməsi gözlənilir.

Qeyd edək ki, Süveyş kanalı Misirin valyuta gəlirləri əldə etdiyi mühüm mənbələrdən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: