Parisdə Olimpiada üçün tikilən obyektin işçiləri tətilə başlayıb

A- A A+

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunları üçün tikilən obyektdə 120-yə yaxın işçi tətilə başlayıb.

NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, tətil badminton və bədii gimnastika yarışları üçün inşa edilən arena ərazisində keçirilir. Aksiya iştirakçıları onlarla rəsmi müqavilələrin bağlanmasını, həmçinin gələcəkdə qanuni yaşayış və iş icazəsi almağa imkan verəcək sənədlərin təqdim olunmasını istəyirlər.

Qeyd edək ki, Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqust ayının 11-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: