İsrail son sutkada HƏMAS-ın yüzlərlə obyektinə zərbə endirib

A- A A+

Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüzlərlə hədəfinə hücum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında bildirilib.

“Bu obyektlərə tank əleyhinə raket buraxılış məntəqələri, terrorçuların qazdıqları tunellər, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri daxildir”, - hesabatda vurğulanıb.

Onlarla minaatan qurğunun vurulduğu da qeyd edilib.

Bundan əlavə, İsrail qırıcıları Qəzza zolağının cənubundakı Rəfah şəhərində "Xalq Müqavimət Komitələri" radikal qruplaşmasının hərbi qanadının rəhbərini vurub və bir yüksək dəqiqlikli hava hücumu ilə hərbçilər HƏMAS-ın Qəzzadakı 10-a yaxın hakim nümayəndəsini vurublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: