İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvünü zərərsizləşdirib

A- A A+

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvü olan Cəmilə əl-Şantini zərərsizləşdirib.

NUHÇIXAN İsrail KİV-ə istinadən xəbər verir ki, 68 yaşlı siyasətçi HƏMAS-ın Siyasi Bürosunun ilk qadın üzvü, təşkilatın qadın qolunun qurucusu olub.

Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib. Eyni zamanda 2021-ci ildə qadın məsələləri üzrə nazir təyin olunub.

O, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4475 İsrail vətəndaşı yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfər azərbaycanəsillidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: