Ermənistan ordusunun korpus komandanlığına qarşı cinayət işi açılıb

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin ordu korpus komandanlığı, eləcə də tabor, bölük və tağım komandirləri ilə bağlı cinayət işi başlanılıb.

NUHÇIXAN Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb.

Məlumata görə, korpus komandanlığı və digər zabitlər Azərbaycanla sərhəddə xidmətdə olarkən döyüş növbətçiliyi qaydalarını pozmaqda, rüşvətxorluqda və digər qanunazidd əməllərdə ittiham edilirlər.

Baş prokurorluq cinayət işinə baxılması üçün sənədləri birinci instansiya məhkəməsinə göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: