Fransada regional hava limanları yenidən bomba təhlükəsi ilə üzləşib. Bundan əlavə, Versal sarayı oktyabrın 14-dən bəri beşinci dəfə boşaldılıb.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Bordo, Nant, Renn və bir çox şəhərlər daxil olmaqla 14 hava limanı bomba təhlükəsi xəbərdarlığı alıb. Bəzi hava limanları təxliyə edilmədən yoxlanılıb.
"Le Figaro"nun məlumatına görə, məktəblərə və mədəniyyət abidələrinə qarşı da təhdidlər var.
Versal sarayı oktyabrın 20-də artıq beşinci dəfə təhlükəsizlik məqsədilə boşaldılıb. Yoxlanışdan sonra saraya girişin bərpa olacağı vəd edilib.
Daha əvvəl ölkənin daxili işlər naziri Gerald Darmanin bildirib ki, oktyabrın 18-i və 19-da Fransada yayılan bu yalan təhdidlərə görə 18 nəfər saxlanılıb.