İsveç NATO-ya üzvlüklə bağlı müraciətinin Türkiyə tərəfdən yaxın vaxtlarda ratifikasiya ediləcəyini gözləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli KİV İsveç Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
“Türkiyənin İsveçin müraciətinin ratifikasiyasına tezliklə başlayacağını və onun bir neçə həftə ərzində hazır olacağını gözləyirik”, - Nazirlər Kabinetindəki mənbə deyib. Adının açıqlanmasını istəməyən mənbə İsveç hökumətinin artıq noyabrın sonlarında NATO-nun qərargahında ölkə bayrağını qaldırmağı planlaşdırdığını da qeyd edib.
Qeyd edək ki, Finlandiya və İsveç ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.