Neytral statusa malik İsveçrə keçən həftə ABŞ-nin rəhbərliyi altında Danimarkanın Karup şəhərində keçirilən “Bold Quest 2023” hərbi təlimlərində ilk dəfə iştirak edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
“Keçən həftə İsveçrə Danimarkanın Karup şəhərində “Bold Quest 2023” beynəlxalq təlimlərində iştirak edib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu beynəlxalq hava əməliyyatları təlimlərinə İsveçrədən 17 hərbçi qatılıb. Danimarkada isveçrəli pilotlar iki F/A-18 təyyarəsində hava hücumundan müdafiə sahəsində bilik və bacarıqlarını təkmilləşdiriblər.