Ermənistanda deputat mandatından istefa verib

A- A A+

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Çarçyan mandatından istefa verib.

NUHÇIXAN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, deputat məlumatı təsdiqləsə də, səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, bu il fevralın 9-da Ermənistan Milli Assambleyası baş prokurorun “Hayastan” fraksiyasının deputatı Armen Çarçyana qarşı cinayət işinin başlanmasına dair təqdim etdiyi vəsatəti təsdiqləyib.

O, 2017-ci il fevralın 8-də Zəngəzur vilayətinin Sisian rayonunun keçmiş başçısı Artur Sarkisyana qarşı ittihamlarla bağlı təyin edilmiş ikiqat məhkəmə-tibbi ekspertiza komissiyasının tərkibinə ekspert qismində daxil edilərək saxta rəy verməkdə günahlandırılıb.

Qeyd edək ki, A.Sarkisyan 2016-cı ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, 2021-ci il iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ilə ittiham olunaraq həbs edilib. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılıb və deputat kimi fəaliyyətini davam etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: