Ukrayna Avropa İttifaqından 1,5 milyard avroluq daha bir makromaliyyə tranşı alıb

A- A A+

Ukrayna Avropa İttifaqından 1,5 milyard avro həcmində doqquzuncu makromaliyyə yardımı tranşını alıb.

NUHÇIXAN bu barədə Ukraynanın Baş naziri Denis Şmıqala istinadla xəbər verir. O qeyd edib ki, Avropa İttifaqının büdcə dəstəyi 2023-cü ildə bütövlükdə 15 milyard avroya çatıb.

Baş nazir bunu Ukraynanın iqtisadi cəhətdən güclü və dayanıqlı olmasına kömək edən mühüm amillərdən biri adlandırıb.

“Hazırda biz Avropa Komissiyası ilə birgə ümumi həcmi 50 milyard avroya bərabər yeni uzunmüddətli “Ukraine Facility” proqramı üzərində işləyirik. Gələn il bu vəsaitdən 18 milyard avro almağı nəzərdə tuturuq”, - deyə o əlavə edib.

Şmıqal Ukrayna ilə möhkəm həmrəyliyə görə avropalı tərəfdaşlara minnətdarlığını bildirib.

Qeyd edək ki, Avropa İttifaqı 2023-cü ildə Ukraynaya 18 milyard avro həcmində makromaliyyə yardımı etməlidir. Kreditin ödənilməsi müddəti 35 il təşkil edir. Bununla yanaşı, faizləri və kredit xidməti üzrə digər ödənişləri Ukraynanın əvəzinə Aİ həyata keçirəcək.

Makromaliyyə yardımı dövlət büdcəsinin prioritet xərclərinin, o cümlədən sosial və humanitar xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: