Rusiyanın Perm şəhərində “Boeing 737” uçuş-enmə zolağından çıxıb.
NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburqdan Permə uçan təyyarədə 14-ü uşaq olmaqla 186 sərnişin olub.
Hazırda Perm hava limanı gəliş-gediş üçün bağlıdır. İlkin məlumata görə, təyyarənin uçuş-enmə zolağından çıxmasına səbəb hava şəraiti olub.
Ölən və yaralananlar yoxdur.