Çinin müdafiə naziri vəzifəsindən azad edilib

A- A A+

Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən azad edilib.

NUHÇIXAN xəbər verir ki, məlumatı Çin KİV-i yayıb.

Qeyd edək ki, bir müddət əvvəl onun itkin düşdüyü barədə xəbərlər yayılmışdı. ABŞ kəşfiyyatı onun səlahiyyətlərinin dayandırıldığını və yaxud istintaq altında olduğuna dair məlumat yaymışdı. Li Şanfu təxminən 7 ay əvvəl, martın 12-də müdafiə naziri vəzifəsinə keçib.

O, 2018-ci ildə Rusiyadan “Su-35” qırıcıları və “S-400” komplekslərinin alınması ilə bağlı ABŞ-nin sanksiyalarına məruz qalıb. General Çin lideri Si Cinpinə yaxın adamlardan sayılır. Rütbəlilər arasında onun sürətlə yüksəlməsi bu amillə izah edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: