Kreml: "Rusiyada prezident seçkiləri istənilən halda keçiriləcək"

A- A A+

“Rusiyada prezident seçkiləri yaxınlaşır. Seçkilər istənilən halda keçiriləcək”.

NUHÇIXAN xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.

D.Peskov Ukrayna müharibəsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Rusiya kəşfiyyat xidmətləri ABŞ və Böyük Britaniyanın Ukrayna kəşfiyyatına nəzarət etdiyi barədə məlumatlara malikdir.

Kreml sözçüsü həmçinin kollektiv Qərbin döyüş sursatlarının məhdud olduğuna və tükənəcəyinə diqqət çəkib.

O qeyd edib ki, Rusiya uzun müddətdir sanksiya rejimində yaşadığına görə artıq buna uyğunlaşıb.

D.Peskov Prezident Vladimir Putinin bu gün bir sıra telefon danışıqları keçirəcəyini də söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: