İsrail HƏMAS-ın daha bir komandirini məhv edib

A- A A+

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərindən biri olan Taysir Mübaşiri məhv edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, o, HƏMAS-ın dəniz qüvvələrinə rəhbərlik edirmiş.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: