Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu verib

A- A A+

“Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq”.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: