Rusiya Hava Hücumundan Müdafiə Qoşunları ilk dəfə Ukrayna tərəfinin ATACMS raketini vurub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə Xerson istiqamətində, Aleşkinski adası və Dnepr üzərindəki kiçik dəmir yolu körpüsü ərazilərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinin açıq qrupları darmadağın edildi və qarşı tərəf 110-dan çox itki verib.
Ötən sutka ərzində Ukraynaya məxsus iki MiQ-29, bir Su-25 hücum təyyarəsi və bir L-39 döyüş təlim təyyarəsi vurulub.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq iki ATACMS raketinin vurulması barədə məlumat yayıb.
"Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 15 hücumu dəf edilib, 145 ukraynalı hərbçi öldürülüb. Ukrayna Silahlı Qüvvələrinin 1-ci xüsusi təyinatlı briqadasının sursat anbarları məhv edilib. Krasnoliman istiqamətində Ukraynanın 3 hücumu dəf edilib, 30-a qədər hərbçi məhv edilib.
Beş hücum Donetsk istiqamətində həyata keçirilib. Bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin itkiləri 500-dən çox ölü və yaralı olub. Cənub Donetsk istiqamətində isə Ukrayna Silahlı Qüvvələri 160 nəfərə qədər itki verib.
Zaporojye istiqamətində Verbovoy və Rabotino rayonlarında Ukraynanın beş hücumu dəf edilib, düşmən bölmələrinin 85-ə qədər hərbi qulluqçusu məhv edilib",- deyə Rusiya MN-in məlumatında qeyd olunub.