İsrail İordan çayının qərb sahilində 930 fələstinlini həbs edib

A- A A+

Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 930 fələstinlini həbs edib.

NUHÇIXAN "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bu şəxslərdən 608-nin HAMAS-la əlaqəsi var.

Qeyd edilib ki, son sutka ərzində İsrail qüvvələri axtarışda olan 68-i saxlayıblar, onlardan 58-i HAMAS-ın aktivisti olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: