Cənubi Koreya və ABŞ Sarı dənizdə hərbi təlimlər keçirir

A- A A+

Cənubi Koreya və ABŞ Sarı dənizdə genişmiqyaslı hərbi təlimlər keçirir.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, manevrlərdə 30 gəmi, o cümlədən “Aegis”lə təchiz edilmiş esmines, patrul təyyarələri və helikopterlər, hər iki ölkənin Hərbi Hava Qüvvələrinin qırıcıları və sahil mühafizə gəmiləri iştirak edir.

Dörd günlük təlim oktyabrın 24-də başlayıb. Onlar oktyabrın 16-dan noyabrın 22-dək davam edən illik Hoguk çöl təliminin bir hissəsidir.

Tərəflər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xətti yaxınlığında şərti düşmənin xüsusi təyinatlı qüvvələrinə və təxribatlara qarşı müdafiə əməliyyatları həyata keçirirdilər.

Təlimin məqsədi Koreya Respublikası və ABŞ silahlı qüvvələrinin müdafiə qabiliyyətini və ahəngdarlığını artırmaqdır.

Bundan əlavə, oktyabr ayında ABŞ və Cənubi Koreya Quam adasının sularında “Silent Shark” sualtı qayıqlara qarşı təlimlər keçirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: