İƏT beynəlxalq ictimaiyyətə müraciət edib

A- A A+

Bu il oktyabrın 27-də Cammu və Kəşmirin Hindistan tərəfindən qeyri-qanuni işğalının 76 illiyi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa çağırıb.

NUHÇIXAN təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, Baş Katiblik İƏT-in Cammu və Kəşmir əhalisinin öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla, bütün hüquq və azadlıqlarına dəstəyini bir daha təsdiqləyib.

İslam Zirvəsi və İƏT Xarici İşlər Nazirləri Şurasının qərar və qətnamələrinə istinad edərək, Baş Katiblik Hindistanı Cammu və Kəşmir əhalisinin əsas insan hüquqlarına hörmət etməyə və ərazinin beynəlxalq səviyyədə tanınmış mübahisəli statusu fonunda 5 avqust 2019-cu il tarixindən bu günə kimi qəbul edilmiş qeyri-qanuni və birtərəfli tədbirləri ləğv etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: