Netanyahu: “İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına daxil olub”

A- A A+

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub.

NUHÇIXAN xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail vətəndaşları, dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq”, - deyə Baş nazir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: