Dağıstanda Mahaçqala hava limanında etiraz aksiyasından sonra cinayət işi açılıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib.
O qeyd edib ki, bir çox qanun pozuntuları video və foto müşahidə kameraları tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Mahaçqala hava limanında iğtişaşlar zamanı 59 nəfər saxlanılıb. Hazırda hava limanının ərazisini 50-yə yaxın polis əməkdaşı qoruyur.
Oktyabrın 31-də saat 3 radələrində hava limanının təyyarələri qəbul etmək üçün açılması planlaşdırılır.