İsrail Müdafiə Ordusu ötən sutka ərzində HƏMAS qruplaşmasının təxminən 600 hədəfinə, o cümlədən sursat anbarları, sığınacaqları, habelə tank əleyhinə mövqelərinə hücum edib.
NUHÇIXAN “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsrail ordusu oktyabrın 30-da gecə saatlarında Qəzza zolağında quru əməliyyatlarını genişləndirməyə davam edib. Məlumata görə, İsrail hərbçiləri binalarda barrikada quran və əsgərlərə hücum etməyə cəhd göstərən onlarla HƏMAS silahlısını zərərsizləşdirib.
Məlumata əsasən, İsrail ordusunun döyüş təyyarəsinin qruplaşmanın nəzarəti altında olan binanı bombalaması nəticəsində HƏMAS-ın 20-dən çox silahlısı ölüb.