İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
NUHÇIXAN xəbər verir ki, leysan yağışları nəticəsində çaylar məcrasından çıxıb, bir sıra körpülər yararsız vəziyyətə düşüb. Bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb. Güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.
Torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Torrent bölgəsində itkin düşən şəxsin axtarışları davam etdirilir.
Genuya ərazisində torpaq sürüşməsi riski səbəbindən əsas avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb. Emiliya-Romaniya regionunda qırmızı, Liquriyada isə narıncı xəbərdarlıq elan edilib. Bəzi ərazilərdə 210 millimetrdən çox yağıntı düşüb, 19 bələdiyyədə məktəblər bağlanıb.