Ukrayna oktyabrda Aİ və ABŞ-dən 2,8 milyard dollar yardım alıb

A- A A+

Oktyabr ayında Avropa İttifaqı və ABŞ-dən Ukrayna büdcəsinə 2,8 milyard dollara yaxın qrant və imtiyazlı maliyyə yardımı daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, Avropa İttifaqı Kiyevə 1,6 milyard dollarlıq imtiyazlı maliyyə yardımı, ABŞ isə 1,15 milyard dollar qrant təqdim edib. Ümumilikdə isə 2023-cü ilin on ayı ərzində Ukrayna 35,4 milyard dollar həcmində maliyyə yardımı alıb.

Qeyd edək ki, Dünya Bankı Ukrayna Maliyyə Nazirliyi ilə birgə ölkə daxilində 26,6 milyard dollarlıq 20 layihə reallaşdırır ki, bunların da 6,6 milyard dolları kreditlərin, 20 milyard dolları isə qrantların payına düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: