Noyabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.
Bildirilib ki, səfər çərçivəsində Hüseyn Əmir-Abdullahianın türkiyəli həmkarı Hakan Fidan ilə görüşü nəzərdə tutulur. Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələrin müzakirə edilməsi ehtimal olunur.
Türkiyə və İran XİN rəhbərlərinin mediaya birgə açıqlama vermələri gözlənilir.