İsrail ordusu Qəzza zolağında HƏMAS komandirlərindən birini öldürüb

A- A A+

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS təşkilatı ilə əlaqəli döyüş hissələrinin komandirlərindən birini öldürüb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, söhbət İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində məhv edilən Cebaliya mərkəzi taborunun komandiri İbrahim Biaridən gedir. Ordunun mətbuat xidməti açıqlayıb ki, Biari oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrailə hücumunun planlaşdırılmasında aparıcı rol oynayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: