Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı işin tam yekunlaşdığını bildirib.
NUHÇIXAN xəbər verir ki, o, maraqlananları ittiham aktı ilə tanış olmağa çağırıb.
“Bizim gəldiymiz qənaət və sübutlarımız açıqlanıb. Həm əmri verənlərə, həm də konstitusiya quruluşunu pozanlara qarşı ittihamlar irəli sürülüb", - S.Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.
Martın 1-də baş vermiş hadisələrlə bağlı cinayət işi çərçivəsində Zakar Hovannisyanı qəsdən öldürməkdə ittiham olunan polis qüvvələri komandirinin keçmiş müavini Qeqam Petrosyana qarşı cinayət təqibinə xitam verilməsi barədə danışan Xaçatryan "Bu, normal bir hadisədir" deyib.
Qeyd edək ki, 2008-ci il fevralın 19-da Serj Sarqsyanın qalib gəldiyi növbəti prezident seçkilərindən sonra İrəvanda iğtişaşlar başlayıb, nəticədə hüquq-mühafizə orqanları ilə toqquşmalar baş verib. Seçkilərə də qatılan, lakin məğlub olan ilk prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan müxalifəti fevralın 20-dən etibarən Yerevanın mərkəzində səsvermənin nəticələrindən narazılığını bildirərək mitinqlər keçirib.
2008-ci il martın 1-2-də aksiyalar etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında iğtişaşlar və toqquşmalarla nəticələnib, nəticədə 10 nəfər (o cümlədən polis əməkdaşları) həlak olub və 200-dən çox insan yaralanıb.