Finlandiyada neonasistlər terror cinayətlərində təqsirli bilinib

A- A A+

Finlandiyada üç kişi terror məqsədləri üçün, o cümlədən miqrantlara və kritik infrastruktura qarşı planlaşdırılan hücumlar, habelə siyasi rəqib hesab etdikləri şəxslərə qarşı cinayətlərə görə həbs cəzasına məhkum edilib.

NUHÇIXAN xəbər verir ki, bu, Finlandiyanın kriminal tarixində sağçı ekstremistlərin terror niyyəti ilə törədilən cinayətlərdə təqsirli bilindiyi ilk məhkəmə hökmüdür. İlkin araşdırma zamanı şübhəlilərin üzərində həmin şəxslərin siyasi rəqib hesab etdikləri insanların adları və ünvanları olan siyahılar aşkar edilib. Polis bu dəlillərdən hücumun mümkün hədəfləri haqqında məlumat kimi istifadə edib.

Ən ağır cəzaya - üç ildən bir qədər çox həbsə məhkum edilmiş şəxs, başqa vasitələrlə yanaşı, 3D printerindən istifadə edərək odlu silah hazırlamaqda ittiham olunur. O, terror məqsədi ilə törədilən iki ağır odlu silah cinayətinə və terror aktına hazırlıqda iştiraka görə məhkum edilib.

Evdə hazırlanmış silahlar "irqçi müharibədə" istifadə edilməli idi. Lakin polisin araşdırması göstərir ki, həmin kişilərin fəaliyyəti konkret terror aktına hazırlıq səviyyəsinə çatmayıb.

Cinayətlər 2021-ci ildən 2023-cü ilə qədər olan müddətdə törədilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: