Paşinyan Qarabağdan könüllü gedən ermənilərə Ermənistan vətəndaşlığı verilməsini tezləşdirməyi tapşırıb

A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.

NUHÇIXAN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib.

Ermənistan hökumət rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir.

Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: