ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk dəfə qadın rəhbərlik edəcək

A- A A+

ABŞ Senatı ölkə tarixində ilk dəfə Admiral Lisa Frankettinin Hərbi Dəniz Qüvvələrinə rəhbər təyin edilməsini təsdiqləyib.

NUHÇIXAN-ın məlumatına görə, onun namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

O, həm Hərbi Dəniz Qüvvələrində, həm də Birləşmiş Qərargah Rəisləri Komitəsində bu vəzifəni tutan ilk qadın olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti kimi Franketti 2020-ci ildən 2022-ci ilə qədər Birləşmiş Qərargahda Strategiya, Planlar və Siyasət direktoru, 2020-ci ildə Hərbi İnkişaf üzrə Dəniz Əməliyyatları rəisinin ikinci müavini və 2018-2020-ci illərdə ABŞ Altıncı Donanmasının Komandanı vəzifələrində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: