Ermənistan XİN: “İrəvanla Bakı arasında sülh sazişinə dair təkliflər mübadiləsinin altıncı raundu keçirilir”

A- A A+

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına təkliflər mübadiləsinin altıncı raundu keçirilir”.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında deyib.

Onun sözlərinə görə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir.

A.Mirzoyan vurğulayıb ki, bu sazişinin birinci prinsipi ərazi bütövlüyünün iki ölkə tərəfindən qarşılıqlı tanınması ilə bağlıdır: “İkinci prinsip sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədardır. Bu proses sovet dövrünün ən son və legitim xəritələri əsasında aparılmalıdır. Üçüncü prinsip isə regional nəqliyyat kommunikasiyaların açılması ilə bağlıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: