"Gələn il türk dövlətlərinin iş adamlarının biznes forumunun Qırğızıstanda keçirilməsini təklif edirəm".
NUHÇIXAN-ın məlumatına görə, bu təkliflə Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxış edib.
Dövlət başçısı Türk İnvestisiya Forumunun yaradılmasını, iş adamları və istehsalçılar arasında birgə fəaliyyətin təşviq olunmasının vacibliyini vurğulayıb.
S.Japarov çıxışında rəqəmsal transformasiya sahəsində inkişafın vacibliyini də toxunub: “Kreativ rəqəmsal sənayenin inkişafı olduqca vacibdir”.