Ermənistan Prokurorluğu İsveçrə vətəndaşına qarşı cinayət işi açıb

A- A A+

Ermənistan Prokurorluğu Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən İsveçrə və Ermənistan vətəndaşlarına qarşı cinayət işi açıb.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, K.V. adlı şəxs cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında, çirkli pulların yuyulmasında ittiham olunur. Müstəntiqlərə görə, 2018-ci ildə o, zavodun 12,5% səhmlərini alıb və idarə edib, lakin əslində həmin səhmlər Ermənistanın Vatikandakı keçmiş səfiri və keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub.

Cinayət işində qeyri-qanuni əməliyyatlar, 35 milyon dollardan artıq məbləğdə cinayət vəsaitlərinin alınması qeyd olunub. Hazırda K.V.-nin harda olması müəyyən edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: