Türkiyənin bir neçə şəhərində havanın temperaturu yuxarı qalxıb, Bursada 32 dərəcə isti qeydə alınıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu, 1928-ci ildən indiyədək noyabr ayı üçün mütləq rekord sayılır.
İstanbulda temperatur +26,7°C-ə yüksələrək, 1950-ci ilin noyabrındakı +27°C-yə yaxınlaşıb. İzmirdə isə 64 illik isti temperatur rekordu yenilənib. Şəhərdə temperatur +30,2°C-yə qədər qalxıb.