İsrail ordusu HƏMAS-ın tunellərinə giriş əldə edib

A- A A+

İsrail əsgərləri Qəzza zolağının şimalında döyüş tapşırıqlarını yerinə yetirərkən HƏMAS qruplaşmasının tunellərinə daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail ordusunun "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

"HƏMAS tunellərdən ibarət mürəkkəb şəbəkədə gizlənir. İsrail ordusu Qəzzanın şimalındakı əməliyyatlar zamanı tunellərə çoxsaylı giriş nöqtələri aşkar edib", - məlumatda bildirilir.

İsrail mətbuatının məlumatına görə, HƏMAS-ın tunellərinin yüzdən çoxu genişmiqyaslı əməliyyatda partladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: