Ukraynada mülki şəxslərə yardım göstərmək üçün 2024-cü ilin mart ayına qədər təxminən 435 milyon dollar ayrılmalıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi məlumat yayıb.
Yardım 1,7 milyondan çox insana qış yardımını nəzərdə tutur.
Qeyd olunur ki, təkcə bu il BMT və tərəfdaşlar Zaporojye vilayətinə 14 konvoy çatdıraraq cənub cəbhəsi yaxınlığında yaşayan 30 mindən çox insana lazımi yardım göstəriblər.