İsrailin Baş naziri Benyamin Netanyahu blokada altındakı Qəzza zolağında fələstinli qrupların saxladığı əsirlər azad olunanadək atəşkəsə getməyəcəklərini bəyan edib.
NUHÇIXAN xəbər verir ki, Netanyahu bu barədə İsrailin cənubundakı hava bazasında təftiş aparıldıqdan sonra Qəzzadakı hücumlarla bağlı qiymətləndirmələr edərkən deyib.
İsrailin Baş naziri bu bəyanatını həm düşmənlərinə, həm də dostlarına ünvanladığını vurğulayıb.