Böyük Britaniya Livandakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarır.
NUHÇIXAN “Sky news"a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Yaxın Şərqdə gərginliyin daha da artmasıdır.
Britaniya XİN həmçinin vətəndaşlarını bölgəyə səyahətdən çəkinməyə də çağırıb.
Livanda Britaniya səfirliyinin fəaliyyəti hələ ki davam edir.